“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanını “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 aprel tarixli 610 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə
 
QƏRARA ALIRAM:

 
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 477) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. ikinci bənddə “24-cü” sözlərindən sonra “(xüsusi təhsil haqqında dövlət nümunəli sənəd almaq üçün təhsilalanların yekun attestasiyasının aparılması vəzifəsi istisna olmaqla)” sözləri əlavə edilsin;
2. aşağıdakı məzmunda üçüncü bənd əlavə edilsin:
“həmin Qanunun 24-cü maddəsində (xüsusi təhsil haqqında dövlət nümunəli sənəd almaq üçün təhsilalanların yekun attestasiyasının aparılması vəzifəsi barədə) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirir;”.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2012-ci il.