"Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

 "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 564; 2012, № 1, maddə 30) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı" və 2 nömrəli əlavə - "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki:
2.1. dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin tərkibində tələbələrə verilən təqaüdün məbləği nəzərə alınmır;
2.2. dövlət sifarişi ilə təhsil alan tələbələrin faktiki aylıq təqaüd xərclərinin ödənilməsi dövlət sifarişində iştirak edən ali təhsil müəssisələri tərəfindən hər tədris semestrinin əvvəlində təqaüdün məbləğləri barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilmiş məlumatlar və hesablamalar əsasında həyata keçirilir.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərarın 2.2-ci bəndində nəzərdə tutulmuş təqaüd xərclərinin ödənilməsi məqsədi ilə tələb olunan vəsaitin Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ödənilməsini təmin etsin.
4. Bu qərar 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
 Bakı şəhəri, 16 noyabr 2012-ci il
 № 269

 
Əlavə: