"İnzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 143 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 624 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. "İnzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 143 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 747) aşağıdakı dəyişikliklər edilsin:
1.1.adında və 1-ci hissəsində "altıncı-doqquzuncu" sözləri "beşinci-yeddinci" sözləri ilə əvəz edilsin;
1.2. həmin qərarla təsdiq edilmiş "İnzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri"nin adında, 1-ci, 2-ci və 7-ci hissələrində "altıncı-doqquzuncu" sözləri "beşinci-yeddinci" sözləri ilə əvəz edilsin;
1.3. 8-ci hissə aşağıdakı redaksiyada verilsin:
"8. Müvafiq vəzifələr üzrə Ümumi Şərtlər aşağıdakı kimi müəyyən edilir:
8.1. İnzibati vəzifələrin beşinci təsnifatı:
8.1.1. sektor müdiri, baş mühasib
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 ildən 5 ilədək iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.1.2. baş məsləhətçi
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 ildən 3 ilədək iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları;
8.1.3. böyük məsləhətçi
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 ildən 2 ilədək iş stajı;

8.1.4. aparıcı məsləhətçi, məsləhətçi
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: tələb müəyyən edilmir;

8.1.5. hakimin köməkçisi, məhkəmə iclasının katibi

8.1.6. idarə rəhbəri, aparat rəhbəri
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 ildən 7 ilədək iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
 8.1.7. idarə rəhbərinin müavini
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 ildən 5 ilədək iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.1.8. şöbə müdiri
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 ildən 5 ilədək iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.1.9. şöbə müdirinin müavini
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 ildən 3 ilədək iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.1.10. rəhbər
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 ildən 5 ilədək iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri.
8.2. İnzibati vəzifələrin altıncı təsnifatı:
8.2.1. sektor müdiri, baş mühasib
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 ildən 3 ilədək iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.2.2. baş məsləhətçi
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 ildən 2 ilədək iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları;
8.2.3. böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi

8.2.4. rəhbər müavini
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 ildən 2 ilədək iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.2.5. hakimin köməkçisi, məhkəmə iclasının katibi
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: tələb müəyyən edilmir;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları;
8.2.6. şöbə müdiri
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 ildən 3 ilədək iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.2.7. şöbə müdirinin müavini
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 ildən 2 ilədək iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.2.8. rəhbər və onun müavini
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 ildən 3 ilədək iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri.
8.3. İnzibati vəzifələrin yeddinci təsnifatı:
8.3.1. sektor müdiri, baş mühasib
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: bir qayda olaraq tələb müəyyən edilmir. Vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 ildən 2 ilədək iş stajı tələb edilə bilər;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
8.3.2. baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: tələb müəyyən edilmir;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları;
8.3.3. hakimin köməkçisi, məhkəmə iclasının katibi

8.3.4. yerli icra hakimiyyəti orqanlarının ərazi vahidləri üzrə nümayəndələri və onların müavinləri
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: tələb müəyyən edilmir;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları.".
 
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
 Bakı şəhəri, 22 oktyabr 2012-ci il 
  № 249