Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 mart tarixli 44 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 624 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 mart tarixli 44 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 3, maddə 201, № 12, maddə 1079) ilə təsdiq edilmiş "Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4-cü hissədə "1-5-ci kateqoriya" sözləri "ali-2-ci kateqoriya" sözləri ilə, "6-cı və 7-ci kateqoriya" sözləri "3-5-ci kateqoriya" sözləri ilə əvəz edilsin;
1.2.  4-1-ci hissədə "3-7-ci kateqoriya" sözləri "2-5-ci kateqoriya" sözləri ilə əvəz edilsin.
 
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 22 oktyabr 2012-ci il 
№ 248