Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008,  № 11, maddə 1040; 2010, № 2, maddə 157, № 3, maddə 264, № 10, maddə 911) ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”na 1 nömrəli əlavə yeni redaksiyada verilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 
 
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
 Bakı şəhəri, 17 avqust 2012-ci il
 № 185

 
Əlavə :