“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Əlavə Tədbirlər Planı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na müvafiq olaraq Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, əhaliyə göstərilən kommunal xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşdırılması, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində uğurla həyata keçirilən sosial və mühəndis infrastruktur layihələrinin, abadlıq və quruculuq işlərinin miqyasının genişləndirilməsi məqsədilə
 
QƏRARA ALIRAM:
 
 1.“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Əlavə Tədbirlər Planı” (bundan sonra – Əlavə Tədbirlər Planı) təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək Tədbirlər Planı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1.21-ci yarımbəndin “İcraçılar” sütununda “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “İqtisadi İnkişaf Nazirliyi”, “Azərsu” ASC, Dövlət Neft Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rayon İcra Hakimiyyəti” sözləri ilə əvəz edilsin və “Tədbirin adı” sütunu aşağıdakı redaksiyada verilsin:
“Böyükşor və Xocasən göllərinə məişət tullantı, texniki və s. sularının axıdılmasının qarşısının alınması məqsədilə tədbirlərin görülməsi, ekoloji vəziyyətlərinin yaxşılaşdırılması və meşə zolaqlarının, parkların salınması”;
2.2. 2.1.22-ci yarımbəndin “Tədbirin adı” sütunundan “Böyükşor və” sözləri çıxarılsın, “göllərin qurudulması və həmin ərazilərin” sözləri “gölün qurudulması və həmin gölə məişət tullantı sularının axıdılmasının qarşısının alınması məqsədilə tədbirlərin görülməsi, ekoloji vəziyyətinin yaxşılaşdırılması və meşə zolağının, parkın salınması” sözləri ilə, “İcraçılar” sütununda isə “Dövlət Neft Şirkəti” sözləri “İqtisadi İnkişaf Nazirliyi, “Azərsu” ASC, Rayon İcra Hakimiyyəti” sözləri ilə əvəz edilsin;
2.3. 2.1.23-cü yarımbəndin “İcra müddəti” sütununda “2011” rəqəmləri “2011-2012” rəqəmləri ilə əvəz edilsin və “Tədbirin adı” sütunu aşağıdakı redaksiyada verilsin:
“Binəqədi qəsəbəsində Bakı şəhəri Baytarlıq İdarəsi üçün 2 mərtəbəli inzibati binanın və baytarlıq məntəqəsinin tikintisi”;
2.4. 2.1.32-ci yarımbəndin “Tədbirin adı” sütununda “əsaslı təmiri” sözlərindən əvvəl “bərpa-gücləndirilməsi və” sözləri əlavə edilsin.
2.5. 2.1.56-cı yarımbəndin “İcra müddəti” sütununda “2011” rəqəmləri “2011-2013” rəqəmləri ilə, “Tədbirin adı” sütununda “bağçasının əsaslı təmiri” sözləri “bağçası üçün yeni binanın tikintisi” sözləri ilə əvəz edilsin;
2.6. 2.1.59 və 2.1.67-ci yarımbəndlərin “Tədbirin adı” sütunlarında “uşaq bağçasının əsaslı təmiri” sözləri “uşaq bağçası üçün yeni binanın tikintisi” sözləri ilə əvəz edilsin.
2.7. 2.2.54-cü yarımbəndin “Tədbirin adı” sütununda “əsaslı təmiri, 10 əlavə sinif otağının” sözləri “köhnə korpusunun sökülərək 440 şagird yerlik yeni korpusun” sözləri ilə əvəz edilsin;
2.8. 2.2.76-cı yarımbəndin “Tədbirin adı” sütununda “təmiri, avadanlıq və inventarla təchiz olunması” sözləri “tikintisi” sözləri ilə, “İcra müddəti” sütununda “2011” rəqəmləri “2011-2012” rəqəmləri ilə əvəz edilsin;
2.9. 2.2.78-ci yarımbəndin “Tədbirin adı” sütununda “təmiri, avadanlıq və inventarla təchiz olunması” sözləri “tikintisi” sözləri ilə əvəz edilsin;
2.10. 2.3.22-ci yarımbəndin “Tədbirin adı” sütununda “əsaslı təmiri” sözlərindən əvvəl “bərpa-gücləndirilməsi və” sözləri əlavə edilsin.
2.11. 2.3.31-ci yarımbəndin “Tədbirin adı” sütununda “əsaslı təmiri” sözlərindən əvvəl “bərpa-gücləndirilməsi və” sözləri əlavə edilsin.
2.12. 2.3.37-ci yarımbəndin “Tədbirin adı” sütununda “məktəbin əsaslı təmiri və 30 əlavə sinif otağının” sözləri “məktəb üçün 1176 şagird yerlik yeni binanın” sözləri ilə, “İcra müddəti” sütununda “2012” rəqəmləri “2013” rəqəmləri ilə əvəz edilsin;
2.13. 2.4.41-ci yarımbəndin “Tədbirin adı” sütununda “göllərin qurudulması” sözləri “göllərə məişət tullantı, texniki və s. sularının axıdılmasının qarşısının alınması məqsədilə tədbirlərin görülməsi, ekoloji vəziyyətlərinin yaxşılaşdırılması və meşə zolaqlarının, parkların salınması” sözləri ilə əvəz edilsin, “İcraçılar” sütununda “Dövlət Neft Şirkəti, Rayon İcra Hakimiyyəti” sözləri “İqtisadi İnkişaf Nazirliyi, “Azərsu” ASC, Dövlət Neft Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rayon İcra Hakimiyyəti,” sözləri ilə əvəz edilsin;
2.14. 2.4.68-ci və 2.4.69-cu yarımbəndlərin “Tədbirin adı” sütunlarında “əsaslı təmiri” sözləri “sökülərək yenidən tikintisi” sözləri ilə əvəz edilsin;
2.15. 2.4.79-cu yarımbəndin “İcra müddəti” sütununda “2012” rəqəmləri “2012-2013” rəqəmləri ilə, “İcraçılar” sütununda “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Nəqliyyat Nazirliyi, Azərbaycan Dəmir Yolları” QSC” sözləri ilə əvəz edilsin;
2.16. 2.6.29-cu və 2.6.31-ci yarımbəndlərin “Tədbirin adı” sütunlarında “bağçasının əsaslı təmiri” sözləri “bağçası üçün yeni binanın tikintisi” sözləri ilə, “İcra müddəti” sütunlarında “2011” rəqəmləri “2011-2013” rəqəmləri ilə əvəz edilsin;
2.17. 2.6.32-ci yarımbəndin “Tədbirin adı” sütununda “əsaslı təmiri” sözlərindən əvvəl “bərpa-gücləndirilməsi və” sözləri əlavə edilsin.
2.18. Aşağıdakı məzmunda 2.6.42-ci yarımbənd əlavə edilsin:
 

Səhiyyə sahəsi

2.6.42.

B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun təmiri, avadanlıqlarla və inventarla təchiz olunması

2012-2013

Səhiyyə Nazirliyi,
Rayon İcra
Hakimiyyəti 

 
 
2.19. 2.8.43-cü yarımbəndin “Tədbirin adı” sütununda “göllərin qurudulması” sözləri “göllərə məişət tullantı, texniki və s. sularının axıdılmasının qarşısının alınması məqsədilə tədbirlərin görülməsi, ekoloji vəziyyətlərinin yaxşılaşdırılması və meşə zolaqlarının, parkların salınması” sözləri ilə əvəz olunsun, “İcraçılar” sütununda “Dövlət Neft Şirkəti” sözlərindən əvvəl “İqtisadi İnkişaf Nazirliyi, “Azərsu” ASC,” sözləri əlavə edilsin;
2.20. 2.8.94-cü yarımbəndin “Tədbirin adı” sütununda “bağçasının əsaslı təmiri” sözləri “bağçası üçün yeni binanın tikintisi” sözləri ilə, “İcra müddəti” sütununda “2011” rəqəmləri “2011-2013” rəqəmləri ilə əvəz edilsin;
2.21. 2.8.111-ci yarımbəndin “İcra müddəti” sütununda “2011” rəqəmləri “2012-2013” rəqəmləri ilə, “İcraçılar” sütununda “Dövlət Neft Şirkəti” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilsin;
2.22. 2.8.119-cu yarımbəndin “İcraçılar” sütunundan “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,” sözləri çıxarılsın;
2.23. 2.10.39-cu yarımbəndin “Tədbirin adı” sütununda “ gölü ətrafı ərazilərində neft tullantılarının təmizlənməsi, müvafiq torpaq işlərinin görülməsi, su mənbələrini müəyyənləşdirməklə, suvarma sisteminin qurulması və ərazinin yaşıllaşdırılması” sözləri “gölünə məişət tullantı, texniki və s. sularının axıdılmasının qarşısının alınması məqsədilə tədbirlərin görülməsi, ekoloji vəziyyətinin yaxşılaşdırılması və meşə zolağının, parkın salınması” sözləri ilə, “İcraçılar” sütununda “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “İqtisadi İnkişaf Nazirliyi, Dövlət Neft Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rayon İcra Hakimiyyəti” sözləri ilə əvəz edilsin;
2.24. 2.10.41-ci yarımbəndin “Tədbirin adı” sütununda “gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə layihənin hazırlanması” sözləri “gölünə məişət tullantı, texniki və s. sularının axıdılmasının qarşısının alınması məqsədilə tədbirlərin görülməsi, ekoloji vəziyyətinin yaxşılaşdırılması və meşə zolağının, parkın salınması” sözləri ilə, “İcra müddəti” sütununda “2011” rəqəmləri “2011-2013” rəqəmləri ilə, “İcraçılar” sütununda isə “Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “İqtisadi İnkişaf Nazirliyi, “Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rayon İcra Hakimiyyəti” sözləri ilə əvəz edilsin;
2.25. 2.10.52-ci yarımbəndin “Tədbirin adı” sütununda “əsaslı təmiri” sözlərindən əvvəl “bərpa-gücləndirilməsi və” sözləri əlavə edilsin.
2.26. 2.11.19-cu yarımbəndin “Tədbirin adı” sütununda “əsaslı təmiri” sözlərindən əvvəl “bərpa-gücləndirilməsi və” sözləri əlavə edilsin.
2.27. 2.11.49-cu yarımbəndin “Tədbirin adı” sütununda “stansiyasının” sözü “stansiyası və uşaq poliklinikasının” sözləri ilə, “İcra müddəti” sütununda “2012” rəqəmləri “2012-2013” rəqəmləri ilə əvəz edilsin;
2.28. 2.1.72-ci, 2.11.16-cı və 2.11.50-ci yarımbəndlər ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Əlavə Tədbirlər Planının icrasını təmin edən zəruri tədbirlər görsün;
3.2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Əlavə Tədbirlər Planında 2013-cü il üzrə nəzərdə tutulmuş tədbirlərin Dövlət İnvestisiya Proqramı tərtib edilərkən nəzərə alınmasını təmin etsin;
3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:
4.1. Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Əlavə Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;
4.2. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilən məlumatlarla birgə bu Sərəncamın icrası ilə əlaqədar görülən tədbirlər barədə hesabat versin.
           
 
 İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2012-ci il.

 

Əlavə