Ümumtəhsil məktəblərinin 2012-2013-cü dərs ilinə aid tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2012-2013-cü dərs ilinə aid aşağıdakı tədris planları təsdiq edilsin:
1. Ümumtəhsil məktəblərinin I-V sinifləri üçün tədris planları (1, 2, 3, 4, 5 nömrəli əlavələr).
2. Ümumtəhsil məktəblərinin VI-XI sinifləri üçün tədris planları (6, 7, 8, 9, 10 nömrəli
3. Azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları (11, 12 nömrəli əlavələr).
4. Tədris planlarına dair “Qeydlər” (13 nömrəli əlavə).
5. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) tədris planlarının cap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində və «Təhsil xəbərləri» məcmuəsində dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
Misir MƏRDANOV, 
Azərbaycan Respublikasının təhsil naziri 
10 iyul 2012-ci il 
№ 1330

Əlavələr: