Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 23 dekabr 2011-ci il tarixli, 1927 nömrəli Sərəncamının  icrası ilə əlaqədar
 
ƏMR EDİRƏM:
 
2. Naxçıvan MR Təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri, ali, orta ixtisas, ilk-peşə ixtisas təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər və görülmüş işlər barədə 25 noyabr 2012-ci il tarixinədək Nazirliyə məlumat versinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B. Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və tədbirlər planı ilə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Ümumi şöbə (X. Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Q. Novruzova həvalə olunsun.  
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
27 aprel 2012-ci il
№668
 

Əlavə