Tədbirlər planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 29 mart 2012-ci il tarixli, 2112 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nında Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM
2. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) tədbirlər planının 1-ci və 3-cü bəndlərində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsini təmin etsin.
3. Təhsil Nazirliyinin icraya məsul struktur bölmələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər və görülmüş işlər barədə 20 dekabr 2012-ci il tarixədək nazirliyin rəhbərliyinə hesabat versinlər.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri “Azərbaycan müəllimi”    qəzetində dərc etdirsin, bu əmri tədbirlər planı ilə birlikdə nazirliyin internet   səhifəsində yerləşdirsin.
5. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planını çoxaldıb yerlərə göndərsin. 
6. Əmrin icrasına nəzarət nazir müavini Q. Novruzova həvalə olunsun.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
26 aprel 2012-ci il
№651

Əlavə