"Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" Azərbayca Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 29, № 4, maddə 287; 2011, № 3, maddə 230) ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın "6. Texniki və texnoloji ixtisaslar qrupu" bölməsinə "128-2. 050652 Kosmik texnologiyalar mühəndisliyi", "128-3. 050653 Kosmik texnika mühəndisliyi" və "128-4. 050654 Kosmik idarəetmə sistemləri mühəndisliyi" hissələri əlavə edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
 Azərbaycan Respublikasının Baş naziri   
Artur Rasi-zadə
 Bakı şəhəri, 5 aprel 2012-ci il
 № 75