Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını elan edirəm:
 
«AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
 
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili
müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin
artırılması haqqında
   
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini gücləndirmək məqsədi ilə
 
QƏRARA ALIRAM:
 
1. «Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 sentyabr tarixli 1085 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 9, maddə 785) ilə doktorantlara, ali təhsil müəssisələrində adlı təqaüd alan tələbələrə, magistr pilləsi üzrə əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, bakalavr pilləsi üzrə əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, orta ixtisas təhsili müəssisələrində əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə müəyyən edilmiş aylıq təqaüdlərin məbləğləri 2011-ci il dekabrın 1-dən 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
 
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 dekabr 2011-ci il
№1939
   
Azərbaycan Respublikası Prezidentinin göstərilən Sərəncamının icrası ilə əlaqədar
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikası Prezidentinin göstərilən Sərəncamı rəhbərlik və icra üçün qəbul edilsin.
 
2. Ali təhsil müəssisələrinin rektorlarına, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarına tapşırılsın:
2.1. Prezidentin yuxarıda adı çəkilən Sərəncamına əsasən təqaüd məbləğlərinin artımı ilə bağlı müvafiq hesablamaların, həmçinin təqaüd alan tələbə və şagirdlər barədə məlumatların Nazirliyin İqtisadiyyat şöbəsinə təqdim olunmasını təmin etsin-lər;
2.2. kredit açılışı ilə bağlı sifarişlər təqdim olunarkən müvafiq xərc yarımmad-dəsi üzrə açıqlamaların və hesablamaların həmin sifarişlə birlikdə təqdim edilməsini təmin etsinlər.
 
3. İqtisadiyyat şöbəsinə (Ş.Əliyev) tapşırılsın:
3.1. ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinə kredit açılışı zamanı həmin təhsil müəssisələrində təhsil alan tələbə və şagirdlərə, həmçinin doktorantlara təqaüdlərin Prezidentin yuxarıda adı çəkilən Sərəncamında göstərilən artımla ödənilməsi üçün lazımi məbləğdə vəsaitin köçürülməsini təmin etsin;
3.2. Sərəncamın icrasından irəli gələn digər məsələləri həll etsin.
4. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılaraq aidiyyəti təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
Misir Mərdanov
Azərbaycan Respublikasının təhsil naziri
 26 yanvar 2012-ci il
№112