Xocalı soyqırımının iyirminci ildönümünün keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

 
Xocalı soyqırımının iyirminci ildönümünün təhsil müəssisələrində qeyd olunması məqsədilə
 
ƏMR   EDİRƏM
 
1. Xocalı soyqırımının iyirminci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili və Nazirliyin birbaşa tabeliyində olan digər təhsil müəssisələrinin rəhbərləri tədbirlər planının  icrasını təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və tədbirlər planı ilə birlikdə nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
Misir Mərdanov
Azərbaycan Respublikasının təhsil naziri
 19 yanvar 2012-ci il
№66