İnşa yazı müsabiqəsi qaliblərinin təltif edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin “Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 19 iyul tarixli, 1642 nömrəli Sərəncamının icrası ilə bağlı Təhsil Nazirliyinin 08.08.2011-ci il tarixli, 1442 nömrəli əmri ilə təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq, ümumtəhsil məktəblərinin şagirdləri arasında Mirzə İbrahimovun əsərləri əsasında keçirilmiş  inşa müsabiqəsində minlərlə məktəbli iştirak etmişdir. Respublikanın bütün rayon və şəhərlərindən seçilərək  Nazirliyə təqdim olunmuş 115 inşa komissiya vasitəsilə yoxlanılmış və qaliblər müəyyənləşdirilmişdir.
Görkəmli Azərbaycan yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyi ilə əlaqədar respublikanın ümumtəhsil məktəb şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin yekunlarını nəzərə alaraq
 
ƏMR EDIRƏM :
 
1. Aşağıda adları göstərilən şagirdlər I, II və III dərəcəli diplomlarla təltif edilsinlər:

I dərəcəli diplomla

1. Məmmədli Sona Vüqar qızı    132-134 nömrəli təhsil kompleksinin IX sinif şagirdi
2. Namazova Aytən Əhliman qızı   Akademik Zərifə Əliyeva adına məktəbin X sinif şagirdi
3. İbrahimov Ürfan Seyfəddin oğlu   Naxçıvan MR Culfa rayon Əbrəqunus kənd tam orta məktəbinin XI sinif şagirdi
4. Ənvərli Leyla Natiq qızı   Sumqayıt şəhəri 7 nömrəli tam orta məktəbin XI sinif şagirdi
5. Talıbova Həmidə Sahib qızı   Kürdəmir rayonu şəhər 3 nömrəli tam orta məktəbin X sinif şagirdi
6. Qurbanov Nicat Habil oğlu   Zaqatala rayonu şəhər 3 nömrəli tam orta məktəbin X sinif şagirdi
7. Təhməzova İlahə Mirsəfər qızı   Cəlilabad rayonu Akademik Zərifə Əliyeva adına şəhər 7 nömrəli tam orta məktəbin XI sinif şagirdi
 
II dərəcəli diplomla
1. Quliyeva Zəhra Yaşar qızı   Heydər Əliyev adına Liseyin XI sinif şagirdi
2. Rəfiyeva Fatimə Mahir qızı   6 nömrəli məktəb-liseyin IX sinif şagirdi
3. Zəkiyeva Səadət Etibar qızı   “Zəngi” liseyinin X sinif şagirdi
4. Nağıyeva Leyla Rəfail qızı   Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın IX sinif şagirdi
5. Ağalarov Fərid Mehbala oğlu   S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasının X sinif şagirdi
6. İsgəndərova Günel Təhməz qızı    Bakı şəhəri 229 nömrəli tam orta məktəbin XI sinif şagirdi
7. Həsənova Əfsanə Təvəkkül qızı   Naxçıvan şəhəri 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi
8. Abbasbəyli Sevinc Mahir qızı   Şuşa rayonu 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi
9. Əsgərzadə Aydan Afərin qızı   Lənkəran rayonu Səpnəkəran kənd tam orta məktəbinin XI sinif şagirdi
10. Qarayev Murad Nüsrət oğlu   Şəki şəhəri 11 nömrəli tam orta məktəbin IX sinif şagirdi
11. Məmmədova Sümayə Gurşad qızı   Mingəçevir şəhəri təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin XI sinif şagirdi
12. Zeynalova Nərgiz Lətif qızı   Tovuz rayonu Aşağı Ayıblı kənd tam orta məktəbinin XI sinif şagirdi
13. Əliyeva Gülnara Əlisafa qızı   Şirvan şəhəri 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi
14. Xəlilov Məhəmməd Şahin oğlu   Xaçmaz rayonu Z.Əliyeva adına şəhər 8 nömrəli tam orta məktəb-liseyin X sinif şagirdi

 

III dərəcəli diplomla

1. Əliyev Mahir Tahir oğlu    A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziyanın X sinif şagirdi
2. Kərimova Güllər Alim qızı   Bakı şəhəri 53 nömrəli tam orta məktəbin  IX sinif şagirdi
3. Camalzadə Ləman Cümşüd qızı   Bakı şəhəri 27 nömrəli tam orta məktəbin IX sinif şagirdi
4. Muradova Nərmin Salman qızı    BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin IX sinif şagirdi
5. Qədimova Aytən Mehdi qızı   Naxçıvan MR Ordubad rayonu Vələver kənd tam orta məktəbinin X sinif şagirdi
6. Yusibova Günay Arzu qızı   Gəncə şəhəri 44 nömrəli bağça-məktəb-lisey kompleksinin IX sinif şagirdi
7. Adıgözəlli Vahidə Cahid qızı   Naftalan şəhəri 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi
8. Umarov İlkin Toğrul oğlu   Ağdaş rayonu M.Şeyxzadə adına şəhər texniki, humanitar və təbiət fənlər təmayüllü gimnaziyanın IX sinif şagirdi
9. İsayeva Pakizə Elman qızı   Daşkəsən rayonu şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi
10. Verdiyev Elşən Mahal  oğlu    Laçın rayonu 37 nömrəli tam orta məktəbin XI sinif şagirdi
11. Fərzəliyeva Bibixanım Tofiq qızı   Siyəzən rayonu şəhər 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi
12. Rzayeva Ayşən Nazim qızı    Saatlı rayonu şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi
13. Muxtarova Günay İlfan qızı   Qax rayonu şəhər 2 nömrəli məktəb-liseyin IX sinif şagirdi
14. Namazova Səadət Əmiraslan qızı   Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin XI sinif şagirdi
 15. Novruzova Ülviyyə Rafiq qızı   Quba rayonu İkinci Nügədi kənd 1 nömrəli  tam orta məktəbin IX sinif şagirdi
 16. Cabbarlı Əli Aslan oğlu   Tərtər rayonu  şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi
 
2. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin  “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
16  yanvar 2012-ci il
№ 24