S. A. Orucovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin «S.A.Orucovun 100 illik yubileyinin keçirilməsi haqqında» 20 sentyabr 2011-ci il tarixli, 1743 nömrəli  Sərəncamının icrasını təmin etmək məqsədi ilə
 
ƏMR EDİRƏM:
 
2. Ali təhsil müəssisələrinin rektorlarına Tədbirlər planının icrasının  təmin edilməsi və görülmüş işlər haqqında məlumatın 2012-ci il 15 iyun tarixinədək  Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılsın.
3.Təhsil Nazirliyinin Elm (G.Hüseynova) və Ali və orta ixtisas təhsili (İ.Mustafayev) şöbələri əmrdən irəli gələn məsələləri həll etsin.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin «Azərbayjan müəllimi» qəzetində dərc olunmasını təmin etsin.
5. Əmrin icrasına nəzarətı öz üzərimə götürürəm.  
Əsas: Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2011-ci il tarixli, 1743 nömrəli  Sərəncamı. 
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
14 dekabr 2011-ci il
№2046
 

 
Əlavə