Elektron tədris resurslarının qiymətləndirilməsi şurasının yaradılması Əmrində dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Elektron tədris resurslarının qiymətləndirilməsi şurası əmrində edilən dəyişikliklərin nəzərə alınması məqsədi ilə
 
ƏMR EDİRƏM
 
Nazirliyin 1421 nömrəli, 21 dekabr 2009-cu il tarixli Əmri ilə təsdiq edilmiş “Elektron tədris resurslarının qiymətləndirilməsi şurasının yaradılması barədə” Əmrində edilən dəyişikliklər nəzərə alınsın
 
1. Qiymətləndirməyə təqdim olunmuş elektron tədris resurslarının təhsil sisteminin tələbləri baxımından təhsil müəssisələrində real tədris prosesində sınaqdan  keçirilməsi üçün aprobasiyası təşkil edilsin.
 
2. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov):
2.1. Elektron tədris resurslarının real tədris prosesində sınaqdan keçirilməsi və qiymətləndirilməsi üçün təhsil müəssisələrini və aprobasiya prosesinin icraçılarının müəyyən edilməsi üçün müvafiq tədbirlər görsün.
2.2. Bütün aprobasiya iştirakçılarının fəaliyyətinin koordinasiyasını təmin etsin. Aprobasiya iştirakçılarını aprobasiyanın keçirilməsi üçün lazım olan tədris-metodiki vəsaitlər və  zəruri  tədris proqramları ilə təmin etsin.
2.3. Aprobasiya olunacaq elektron tədris resurslarının siyahısını, aprobasiyanın mərhələlərini, müddətini müəyyən etsin və aprobasiya olunan məhsul haqqında yekun rəyin hazırlanmasını təmin etsin.
 
 
4. Elektron tədris resurslarının aprobasiyasının metodikası təsdiq edilsin  (2 saylı  Əlavə).
 
 
 
7. Elektron tədris resurslarının mümkün formatları təsdiq edilsin ( 5 saylı Əlavə).
 
 
9. İctimaiyyətlə Əlaqə şöbəsi (B.Hüseynzadə) Əmrin “Azərbaycan müəllimi”  qəzetində, Nazirliyin “Təhsil xəbərləri” məcmuəsində və Təhsil Nazirliyinin rəsmi  İnternet saytında dərc olunmasını təmin etsin.
 
10. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
Əsas: Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin 279 nömrəli, 21 oktyabr 2011-ci il tarixli məktubu. 
 
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
14 dekabr 2011-ci il
№2052

Əlavələr: