Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:

Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Ağayeva Rəna Knyazevna
Bədirxanov Tofiq Nurəli oğlu
Çumakov İvan Nikolayeviç
Əliyeva Hökümə Natiq qızı
Əlizadə Züleyxa Əli Ağa qızı
Hüseynova Larisa Musayevna
İmanova Gülarə İsmayıl qızı
Rəhimova Nigar Alim qızı
Rüstəmova Afaq Adil qızı
Safina Zeynab Dayanşayevna
Səfərova Xavər İbiş qızı
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2011-ci il.