Qərarın elan olunması və icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

"İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını elan edirəm: 
"Azərbaycan Respublikası Nazirlər Kabineti
QƏRAR
N 178
Bakı şəhəri, 31 oktyabr 2011-ci il 
"İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi haqqında 
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 2282 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.11-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin aidiyyəti təşkilatlarla razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti  
QƏRARA ALIR:
1. "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı" təsdiq edilsin (əlavə olunur).
2. "Peşə təhsili sahəsində ixtisas və ixtisaslaşma klassifikatorunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 iyun tarixli 96 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 6, maddə 380) 1-ci bəndi ləğv edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 
Artur RASİZADƏ,
Az
ərbaycan Respublikasının Baş naziri" 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli 178 nömrəli qərarının icrası ilə əlaqədar 
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi haqqında 31 oktyabr 2011-ci il tarixli 178 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.
2. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) və İqtisadiyyat şöbəsi (Ş.Əliyev) ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planını Nazirlər Kabinetinin təsdiq etdiyi "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"na əsasən tərtib etsin.
3. İlk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılsın:
3.1. Ümumi təhsil məktəblərinin şagirdləri və onların valideynləri arasında peşəyönümü işinin təşkili və gənclərin müxtəlif peşə və ixtisaslar alması üçün peşə təhsili müəssisələrinə cəlb edilməsində mövcud sənəddən istifadə etsinlər.
3.2. İlk peşə-ixtisas təhsili üzrə kadr hazırlığını təsdiq olunmuş təsnifat əsasında həyata keçirsinlər.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Təhsil xəbərləri" məlumat informasiya məcmuəsində, "Sənətkar" jurnalında və "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  
Misir MƏRDANOV,
Az
ərbaycan Respublikasının təhsil naziri
30 noyabr 2011-ci il