Respublika müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin, həmin məktəblərdə çalışan məşqçi-müəllimlərin fəaliyyətlərini qiymətləndirmək, istedadlı idmançıları aşkar etmək və onları rəğbətləndirmək məqsədilə 
ƏMR EDİRƏM:
1. 2011-ci təqvim ilinin yekunlarına əsasən uşaq-gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi-müəllimlər arasında aşağıdakı nominasiyalar üzrə respublika müsabiqəsi təşkil olunsun:
- ilin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi;
- ilin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər şahmat məktəbi;
- şəhərlər üzrə ilin ən yaxşı uşaq-gənclər idman məktəbi;
- şəhərlər üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi;
- kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər idman məktəbi;
- kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi;
- oğlanlar arasında ilin ən yaxşı idmançısı;
- qızlar arasında ilin ən yaxşı idmançısı;    
- oğlanlar arasında ilin ən yaxşı şahmatçısı;
- qızlar arasında ilin ən yaxşı şahmatçısı; 
- idman məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi;
- şahmat məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi.
2. Respublika müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.12.2004-cü il tarixli, 873 nömrəli əmri ilə təsdiq olunmuş qaydalara uyğun keçirilsin.
3. Müsabiqənin respublika mərhələsinə 2011-ci ilin dekabr ayında yekun vurulsun.
4. Naxçıvan MR Təhsil Nazirliyi, rayon (şəhər) təhsil şöbələri (idarələri) bu əmrdən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı müvafiq tədbirlər görsünlər, respublika   müsabiqəsinə təqdim ediləcək idmançı, məşqçi-müəllim və məktəblər haqqında  məlumatları 15 dekabr 2011-ci il tarixinədək nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinə təqdim edilməsini təmin etsinlər.
5. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənin yüksək səviyyədə təşkili üçün təşkilati işlər görsün və yerli təhsil şöbələrinə  köməklik göstərsin.
6. Müsabiqə qaliblərinin mükafatlandırılması və diplomların hazırlanması ilə bağlı xərclərin ödənilməsi "Təhsil" Respublika İdman Mərkəzinin 2011-ci ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc yarımmaddələrində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.
7. Ümumi şöbə (X.Fərəcov) bu  əmrin çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.
8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini  Q.Novruzova həvalə olunsun. 
Misir MƏRDANOV,
Az
ərbaycan Respublikasının təhsil naziri
30 noyabr 2011-ci il