Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəklənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq ölkəmizdə elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını və xalqımızın mədəni-tarixi irsinin daha dərindən araşdırılmasını təmin etmək məqsədi ilə  
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin. 
İlham ƏLİYEV,
Az
ərbaycan Respublikasının Prezidenti
Bakı ş
əhəri, 4 noyabr 2011-ci il