Azərbaycan Respublikası Təhsil Nazirliyinin Oğlanlar üçün Açıq tipli xüsusi məktəbinin Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın 6.4-cü bəndinə əsasən və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin balansında olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi, 5 ünvanında 4,2 ha torpaq sahəsində yerləşən Oğlanlar üçün Açıq tipli xüsusi məktəb ona məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin balansına verilsin və Xüsusi Məktəb adlandırılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr)" bölməsinin 55-ci hissəsi ləğv edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Baş naziri
Artur Rasi-zadə
  Bakı şəhəri,
13 oktyabr 2011-ci il
 № 163