Ali məktəb tələbələri arasında rəsm müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

 “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün təhsil müəssisələrində qeyd olunması haqqında” Təhsil Nazirliyinin 10 fevral 2011-ci il tarixli 247 nömrəli əmri ilə təsdiq olunmuş tədbirlər planının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədilə
 
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında “Azərbaycan çiçəklənən diyar” mövzusunda respublika rəsm müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsi və münsiflər heyətinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Ali təhsil müəssisələrinin rəhbərləri müsabiqənin keçirilməsini təmin etsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A. İbrahimov) müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün lazımi təşkilati işləri həyata keçirsin.
5. İqtisadiyyat şöbəsi (Ş. Əliyev) müsabiqənin qaliblərinin mükafatlandırılması üçün 305 (üç yüz beş) manat məbləğində vəsait ayrılmasını təmin etsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri “Azərbaycan müəllimi”   qəzetində dərc etdirsin.
7. Ümumi şöbə (X. Fərəcov) əmr və əsasnamənin çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.
 
    
Misir MƏRDANOV
Azərbaycan Respublikasının təhsil naziri
12 oktyabr 2011-ci il
№1648