“Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 1320 nömrəli Sərəncamına uyğun olaraq
QƏRARA ALIRAM:

2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyul 2011-ci il.

 
Əlavə: