Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2019-cu il 13 mart tarixli KQ-06 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının qərarı

“Elm haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 59-VIQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 may tarixli 196s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası

 

qərara alır:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2019-cu il 13 mart tarixli KQ-06 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nda dəyişiklik təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (R.Hüseynov) tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə (P.Yusifov) tapşırılsın ki, bu qərardan irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının Vətəndaşların müraciətləri ilə iş və kommunikasiya şöbəsinə (S.Hacıyeva) tapşırılsın ki, bu qərarın peşə təhsili müəssisələrinə göndərilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

5. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilsin.

 

Emin ƏMRULLAYEV,

Kollegiyanın sədri,

Nazir

9 sentyabr 2020-ci il

KQ-05