“Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının qərarı

Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması ilə əlaqədar, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 9.2-ci bəndini və 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası

 

qərara alır:

 

1.  “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” təsdiq edilsin (əlavə olunur).

2.  Nazirliyin Aparatının Hüquq şöbəsinə (A.Cəfərov) tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3.  Nazirliyin Aparatının Ümumi və məktəbəqədər təhsil şöbəsi (V.Yaqublu) və Təhsilin inkişafı proqramları şöbəsi (N.Hüseynova) bu qərardan irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

4.  Nazirliyin Aparatının İnformasiya şöbəsi (E.Məmmədov) bu qərarın ümumi təhsil müəssisələrinə göndərilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

5.  Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

 

 

Kollegiyanın sədri,

Nazir

Ceyhun Bayramov

21 may 2020-ci il

KQ-03