Azərbaycan Respublikasının ərazisində hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatını və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq:

 

1. Hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı lazımi tədbirlər görsün.

3. Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinə həvalə edilsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri

Novruz Məmmədov

Bakı şəhəri, 16 yanvar 2019-cu il