Gəncə Dövlət Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq

 

QƏRARA ALIRAM:

 

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Alverdiyev İsfəndiyar Cavid oğlu

Əfəndiyev Üzeyir Qiyas oğlu

Əhmədova Sevda Zahid qızı

Həsənov Vasif İlkan oğlu

Xurşudov Şahin Nadir oğlu

Kərimov Heydər Nəsib oğlu

Kubışov İlqar Nadir oğlu

Qurbanov Qulu Baba oğlu

Məmmədov Mərdan Mürsəl oğlu

Məmmədova Vəfa Fərman qızı

Novruzov Vaqif Seyfəddin oğlu

Tağıyev Şahin Tağı oğlu

Vəliyev Murad Turab oğlu

Yusifov Elturan Cahad oğlu

Zeynalov Zakir Mikayıl oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2018-ci il.