Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Maliyyələşdirmə Sazişini (Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə)” Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti verilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Maliyyələşdirmə Sazişini (Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə)” Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının təhsil naziri Misir Cumayıl oğlu Mərdanova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişi Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının təhsil naziri Misir Cumayıl oğlu Mərdanova verilməsi barədə Beynəlxalq İnkişaf Assosiyasiyasının müvafiq bildiriş göndərsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
A. Rasi-zadə
Azərbaycan Respublikasının  Baş naziri  
Bakı şəhəri 4 sentyarbr 2008
№326