M.B.Babanlının Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
 
QƏRARA ALIRAM:
 
Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilsin. 
 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 sentyabr 2015-ci il.