Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq
 
QƏRARA ALIRAM:
 
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
Əsgərzadə Cəmilə Fuad qızı –  Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi
Əzimova Çinarə Mehman qızı –  Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi 
 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyul 2015-ci il.