Sual:  Məktəbəhazırlıq qruplarında uşaqlara qiymət yazılırmı?   

Cavab:

• Uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir.

• Məktəbəhazırlıq qruplarında davamiyyət müvafiq sinif jurnalında qeyd edilir.

Sual:  Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları verilirmi?   

Cavab:

 • Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.

Sual:  Məktəbəhazırlıq qruplarında hansı məşğələlər keçirilir?   

Cavab:

1. Ətraf aləmlə tanışlıq

2. Savad təliminə hazırlıq və nitq inkişafı

3. Bədii təfəkkürün inkişafı

4. Məntiqi və riyazi təfəkkürün inkişafı

5. Təsviri fəaliyyət

6. Musiqi

7. Fiziki mədəniyyət

Sual:  Məktəbəhazırlıq məşğələləri həftədə neçə gün və neçə saat olur?   

Cavab:

• Həftədə 4 gün olmaqla, 12 məşğələ;

• Bir gün ərzində 3 məşğələ;

• Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə

• Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

Sual: Məktəbəhazırlıq qruplarında təhsil ödənişsizdir?  

Cavab:

• Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir.

• Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilib.

Sual: Məktəbəhazırlıq qruplarına neçə yaşlı uşaqlar cəlb edilir? 

Cavab:
• Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.

Sual: Məktəbəhazırlığın uşaqların zehni inkişafına nə kimi təsiri var? 

Cavab:
• Məktəbəhazırlıq təhsilinə cəlb olunmuş uşaqlar cəlb olunmayanlarla müqayisədə daha yüksək akademik göstəricilər əldə edir.
• Təhsil İnstitutunun araşdırmasına əsasən, məktəbəhazırlığı keçən uşaqlar digərləri ilə müqayisədə Ana dili və riyaziyyat imtahanlarında daha yaxşı nəticə göstərirlər.
• Məktəbəhazırlıq təhsili uşaqların əqli, fiziki, sosial-emosional və nitq qabiliyyətini, eləcə də kommunikativ, oyun və digər bacarıqlarını inkişaf etdirir.

Sual: Məktəbəhazırlıq qruplarının təşkil edilməsinin məqsədi nədir? 

Cavab:
•  5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq;
• Əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq;
• Ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək.
• Məktəbəhazırlıq təhsili ibtidai təhsilə keçidi asanlaşdırır və uşağın ibtidai təhsilə adaptasiya olunmasına müsbət təsir edir.

Sual: Məktəbəhazırlıq qrupları hansı rayon və şəhərlərdə fəaliyyət göstərəcək?

Cavab:
• Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, ancaq müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur.
• Respublika üzrə məktəbəhazırlıq qrupların fəaliyyət göstərdiyi ümumtəhsil müəssisələrinin tam siyahısı

Sual: Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ varmı?

Cavab: Xeyr