“20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlərin təşkil edilməsi məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

əmr edirəm:

 

1. “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bu əmrin 1-ci bəndi ilə təsdiq olunmuş Tədbirlər Planında nəzərdə tutulan məsul şəxslər və müəssisələr həmin tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

3. İnformasiya şöbəsi (Elnur Məmmədov) bu əmrin və ona əlavənin aidiyyəti struktur bölmələrə, yerli təhsili idarəetmə orqanlarına, təhsil müəssisələrinə çatdırılmasını,  “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.

Əsas: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 18 dekabr 2019-cu il tarixli161 nömrəli Sərəncamı.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının Təhsil naziri

29 dekabr 2019-cu il

F-771