Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 yanvar 2013-cü il tarixdə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 2679 nömrəli Sərəncam imzalamış və həmin Sərəncamla yubileyin keçirilməsinə dair geniş Tədbirlər Planı təsdiq etmişdir.
Tədbirlər Planında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans və simpoziumların, müsabiqələrin, musiqi festivallarının, sərgilərin, idman yarışları və dəyirmi masaların təşkilinə xüsusi önəm verilmiş və bu tədbirlərin keçirilməsində Təhsil Nazirliyinin yaxından iştirakı nəzərdə tutulmuşdur.
Qeyd olunanlarla əlaqədar Tədbirlər Planında Təhsil Nazirliyinə həvalə edilmiş tədbirlərin yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək məqsədi ilə
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 21 yanvar 2013-cü il tarixli, 2679 nömrəli Sərəncamı və həmin Sərəncamla təsdiq olunmuş Tədbirlər Planı mühüm tarixi əhəmiyyət daşıyan dövlət sənədləri kimi icra və rəhbərlik üçün qəbul edilsin.
2. Həmin Tədbirlər Planı əsasında hazırlanmış Təhsil Nazirliyinin Fəaliyyət planı təsdiq olunsun (əlavə edilir).
3. Nazirliyin müvafiq struktur bölmələri, yerli təhsil orqanları, ümumi təhsil, ilk peşə, orta-ixtisas və ali təhsil müəssisələrinin rəhbərləri Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin vaxtında və tələb olunan səviyyədə yerinə yetirilməsini təmin etsinlər.
4. Bu əmrdə qeyd olunan tədbirlərin müəyyən edilən müddətlərdə Naxçıvan MR Təhsil Nazirliyi və muxtar respublikanın aidiyyəti təhsil müəssisələri tərəfindən müstəqil yerinə yetirilib yekunlaşdırılması məqsədəuyğun hesab edilsin.
5. Ümumi şöbə (X.Fərəcov) əmrin əlavəsi ilə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
7.Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
4 fevral  2013-cü il
№ 177

 
Əlavə: