Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli 244 nömrəli qərarının icrası haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

«Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarının ləğv edilməsi barədə» Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli 244 nömrəli Qərarını elan edirəm: 
 
«AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
 
Q Ə R A R
 
№ 244
 
Bakı şəhəri, 22 oktyabr 2012-ci il
 
«Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarının ləğv edilməsi barədə
 
«Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanının 5.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
«Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 858; 2010, № 5, maddə 475) ləğv edilsin.
 
Azərbaycan Respublikasının
 Baş naziri
Artur Rasi-zadə»
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarının ləğv edilməsi barədə» Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli 244 nömrəli Qərarının icrasını təmin etmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarının ləğv edilməsi barədə» Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli 244 nömrəli Qərarı rəhbərlik və icra üçün qəbul edilsin.
Dövlət ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:
2.1. «Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanın icrası olaraq dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirildiyi üçün rəhbərlik etdikləri ali təhsil müəssisəsində çalışan işçilərin vəzifə maaşlarının əmək qanunvericiliyinin və müvafiq normativ-hüquqi aktların tələbləri gözlənilməklə sərbəst şəkildə müəyyən etsinlər;
2.2. işçilərlə əmək qanunvericiliyinin tələblərinə uyğun müqavilələrin bağlanılmasını təmin etsinlər;
2.3. Qərarın icrasından irəli gələn digər məsələlərin həllini təmin etsinlər.
3. Aparatın rəhbərinə (İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili şöbəsinə (İ.Mustafayev) və İqtisadiyyat şöbəsinə (Ş.Əliyev) aidiyyəti üzrə tapşırılsın:
3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarının ləğv edilməsi barədə» Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli 244 nömrəli Qərarından irəli gələn tapşırıqların dövlət ali təhsil müəssisələri tərəfindən vaxtında icra olunmasına mütəmadi nəzarəti təmin etsinlər.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin «Azərbaycan müəllimi» qəzetində dərc edilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
5. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılmasını və dövlət ali təhsil müəssisələrinə çatdırılmasını təmin etsin. 
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
12 noyabr 2012-ci il
№ 2030