21.09.2015 12:11

Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədbirlər planı

Azərbaycan Respublikası təhsil   nazirinin
21 may tarixli 875 nömrəli əmri ilə təsdiq edilmişdir


Tədbirin adı İcra müddəti İcraçılar
1. “M.S.Ordubadi Azərbaycan tarixi roman məktəbinin banisi kimi” mövzusunda elmi konfransın keçirilməsi

Sentyabr, 
2012-ci il 

Naxçıvan Dövlət Universiteti
2. Ali təhsil müəssisələrində    M.S.Ordubadinin həyat və yaradıcılığına həsr olunmuş elmi-praktik konfransların təşkili və keçirilməsi. Sentyabr,
2012-ci il
Təhsil müəssisələri
3. M.S.Ordubadi: taleyi və sənəti” toplusuna məqalələrin toplanması May -sentyabr, 2012-ci il AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti
4.

Ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində “Məmməd Səid Ordubadi – 140” adlı ədəbi-bədii guşənin yaradılması, divar qəzetinin buraxılması

Sentyabr- noyabr,
2012-ci il 

Şəhər (rayon) təhsil şöbələri, ümumtəhsil məktəbləri 
5. Naxçıvan Dövlət Universitetinin elmi kitabxanasında               M.S.Ordubadinin  əsərlərindən və müəllifdən bəhs edən kitablardan ibarət sərginin təşkil edilməsi İyun-noyabr,
2012-ci il
Naxçıvan Dövlət Universiteti
6. Tələbə teatr studiyaları tərəfindən    M.S.Ordubadinin əsərlərindən hazırlanmış kompozisiyaların nümayişi

Sentyabr,

2012-ci il

 

Naxçıvan Dövlət Universiteti, Azərbaycan  Dövlət Mədəniyyət və İncəsənət Universiteti
7. Naxçıvan  Muxtar Respublikasında   yerləşən ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim və tələbə heyətinin M.S.Ordubadinin ev muzeyinə ekskursiyasının təşkili

Oktyabr,
2012-ci il 

Naxçıvan Muxtar Respublikasında   yerləşən ali və orta ixtisas təhsili müəssisələri
8. M.S.Ordubadinin həyat və yaradıcılığına həsr olunmuş tematik verilişlərin təşkili və  məqalələrin Respublika KİV-lərində dərc olunması Mütəmadi

Təhsil müəssisələri,

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi