Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2018-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılıq məktubunu, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin məktubunu  və Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrinin təkliflərini nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1.Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrində 2018-ci ildə keçiriləcək  beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı təsdiq edilsin (əlavə olunur).

2. Ali təhsil müəssisələrinin rəhbərləri:

2.1. 2018-ci ildə keçirilməsi nəzərdə tutulan müvafiq beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsini təmin etsinlər.

2.2. Beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsi ali təhsil müəssisələrinin 2018-ci ilə təsdiq olunmuş gəlir və xərclər smetalarının müvafiq xərc yarımmaddəsində nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilsin.

2.3. 2018-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların nəticələri barədə (hər bir konfrans keçirildikdən 5 gün sonra) Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.

3. İnformasiya şöbəsi (Elvin Məmmədov) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti struktur bölmələrə, ali təhsil müəssisələrinə və digər aidiyyəti qurumlara  çatdırılmasını, keçiriləcək tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova  həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.03.2018-ci il tarixli, 17/17/148-11 nömrəli razılıq məktubu, Azərbaycan Respublikasının  Maliyyə Nazirliyinin

23.02.2018-ci il tarixli, 05/02-29-197 nömrəli məktubu və Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrinin təklifləri.

 

Ceyhun BAYRAMOV,
Nazir vəzifələrini müvəqqəti icra edən, nazir müavini
5 aprel 2018-ci il
F-236


 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrində 2018-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı