“Müəllimlərin etik davranış qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının qərarı

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 21.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.1-ci bəndini və 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. “Müəllimlərin etik davranış Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Nazirliyin Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinə (S.Kazımov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Nazirliyin İnformasiya şöbəsinə (E.Əliyev) tapşırılsın ki, bu qərarın çoxaldılaraq Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmasını təmin etsin.

4. Qərarın icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.

 
Mikayıl CABBAROV,  
Kollegiyanın sədri, naziri
6 noyabr 2014-cü il  
№1/2

 
 
Əlavə: