21.09.2015 12:11

Ümumtəhsil müəssisələrində strateji planlaşdirma üzrə milli məsləhətçi

  
Tapşırığın adı:   ÜMUMTƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ STRATEJİ PLANLAŞDIRMA ÜZRƏ MİLLİ MƏSLƏHƏTÇİ

İcra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL)
 
İcra müddəti: mart 2015 – mart 2016
 
Məkan:    Təhsil Nazirliyi, Bakı şəhəri
 
Tapşırıq və Vəzifələr:
• Seçilmiş məktəblərin cari vəziyyətinin qiymətləndirilməsi və təhlil hesabatının hazırlanması;
• Məktəbin öz fəaliyyətini strateji və çevik surətdə idarə etmək bacarıqlarının artırılması üzrə təlimlərin keçirilməsi;
• Seçilmiş məktəblər üçün strateji planların hazırlanması;
• Strateji planların icrası prosesində peşəkar dəstək/mentorluq xidmətinin təmin edilməsi;
• Bu layihə ilə bağlı digər vəzifələrin Təhsil Nazirliyinin tələb etdiyi qaydada yerinə yetirilməsi.
 
İxtisas tələbləri:
• Təhsil, idarəetmə və ya digər müvafiq sahədə elmi dərəcə;
• Təhsil sahəsində, xüsusilə təhsilin idarə edilməsi sahəsində, müəssisənin inkişaf etdirilməsi, təhsilin əks-mərkəzləşdirilməsi, o cümlədən təşkilati mədəniyyətin yaradılması sahələrində üç (3) illik iş təcrübəsinin olması;
• Təhsil sisteminin strateji planlaşdırma proseslərinin hazırlanması, təhsilin idarəolunması və əməliyyatlar üzrə müvafiq məktəb hesabatvermə sistemlərinin tətbiq edilməsi sahələrində təcrübəsi;
• İnkişaf etməkdə olan bənzər ölkələrin təhsil və idarəetmə sistemləri üzrə biliyə və ya təcrübəyə malik olan namizədlərə üstünlük veriləcəkdir;
• Azərbaycan və ingilis dillərində səlis şəkildə danışıq və yazı vərdişlərinin olması;
• Kompüter proqramları ilə yüksək dərəcədə işləmək bacarığının olması.
 
Müraciət forması:
Maraqlanan şəxslər vakansiyanın adını göstərməklə tərcümeyi-halı (CV) y.manafova@edu.gov.az ünvanına göndərə bilər.
 
Son təqdim edilmə tarixi: 05 fevral 2015-ci il, 18:00
 
Əlaqə üçün məlumat:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15.
Əlaqə telefonları: (99 412) 488 66 47/48; Faks: (99 412) 488 66 49