21.09.2015 12:11

Milli qiymətləndirmə tədqiqatlari və digər qiymətləndirmə layihələri çərçivəsində qiymətləndirmə vasitələrinin hazirlanmasi ilə bağli məsləhətçilər

 TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ
 KREDİT Nö 4394AZ
 
MİLLİ QİYMƏTLƏNDİRMƏ TƏDQİQATLARI VƏ DİGƏR QİYMƏTLƏNDİRMƏ LAYİHƏLƏRİ ÇƏRÇİVƏSİNDƏ QİYMƏTLƏNDİRMƏ VASİTƏLƏRİNİN HAZIRLANMASI İLƏ BAĞLI MƏSLƏHƏTÇİLƏRİN SEÇİLMƏSİNƏ DAİR
MÜSABİQƏ
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin icra olunması ilə əlaqədar Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
 Tapşırığın məqsədi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən qiymətləndirmə tədqiqatlarına dəstək olmaq, fənn kurikulumları üzrə qiymətləndirmə vasitələrini hazırlamaq, qiymətləndirmə standartlarını təkmilləşdirmək üçün tövsiyələr vermək, müəllimlərin standartlardan praktik istifadəsini asanlaşdırmaq məqsədilə onları müvafiq təlimatlar və qiymətləndirmə vasitələri ilə təmin etməkdir.
 Təhsil Nazirliyi Milli qiymətləndirmə tədqiqatları və digər qiymətləndirmə layihələrində istifadə olunacaq qiymətləndirmə vasitələrini hazırlamaq məqsədilə aşağıdakı fənn mütəxəssislərinin seçimi üçün müsabiqə elan edir:
 1. Ümumi orta təhsil səviyyəsində Azərbaycan dili fənni üzrə qiymətləndirmə vasitələrini hazırlamaq üçün mütəxəssis (5 nəfər) 
2. Ümumi orta təhsil səviyyəsində Riyaziyyat fənni üzrə qiymətləndirmə vasitələrini hazırlamaq üçün mütəxəssis (5 nəfər) 
 Namizədlər üçün ixtisas tələbləri:
•  Pedaqoji bakalavr dərəcəsi;
•  Müraciət etdiyi təhsil səviyyəsi və fənn üzrə kurikulumun tətbiqi sahəsində 2 il iş təcrübəsi;
•  Qiymətləndirmə vasitələrinin hazırlanması sahəsində 1 il iş təcrübəsi;
•  Azərbaycan dilini mükəmməl bilməsi;
•  İKT-dən istifadə bacarığı.
 İcra müddəti: yanvar 2015 – mart 2016-cı illəri əhatə edən dövrdə təxminən 100 iş günü
 Müsabiqə Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan Xidmət Göstərilməsi seçim metodu əsasında keçiriləcəkdir.
 Namizədlər müvafiq tələblərə cavab verdiklərini əks etdirən tərcümeyi-halın (CV) elektron və/və ya çap variantını müraciət etdikləri fənni göstərməklə 03 noyabr 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim etməlidirlər:
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15.
Əlaqə telefonları: 488 66 47/48; faks: 488 66 49.