21.09.2015 12:11

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıqda ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan kadrların “Liderlik və İdarəetmə” adlı təlimdə iştirakı üçün müsabiqə elan edir.

  
Təlimin məqsədi: müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarını yetişdirmək və təkmilləşdirməkdir. 
 
İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən  ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə edəcək.
 
Təlimlərin müddəti: noyabr – yanvar 2014 
 
Təlimdə əhatə ediləcək mövzular:
  • Təhsildə liderlik və idarəetmə
  • Məktəbin idarə edilməsi (PTT yönümlü)
  •  Kurikulumun dizaynı və idarə edilməsi
  • Qiymətləndirmə (peşə və təhsil standartları, daxili sorğu-cavab)
  • Marketinq
  • Maliyyə İdarəetməsi
  • Məlumatların təhlili, monitorinqi və qiymətləndirilməsi  
 
Müsabiqədə iştirak üçün minimum tələblər:
  • Ümumi idarəetmə, təhsilin idarəolunması, iqtisadiyyat, dövlət və bələdiyyə idarəçiliyi, hüquqşünaslıq, tarix, pedaqoqika sahələrində tam ali təhsil;
  • 5 illik iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilmək;
  • Microsoft Office proqramlarını bilmək. 
 
Namizədlərdən gözlənilən digər keyfiyyətlər:
  • Liderlik bacarığı
  •  Yüksək motivasiyalıq
  • Səmərəli qərar qəbul etmə bacarığı
  •  Nəticəyönümlülük
  •  Xarici dili bilmək 
Müraciət qaydaları: müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər tərcümeyi-halı (CV) office@allianzconsult.az ünvanına göndərə bilər.
 
Müraciət üçün son tarix: 30 sentyabr 2014 
 
Seçim qaydaları:
  • Tərcümeyi-hal (CV) üzrə birinci seçim mərhələsi;
  • Test üzrə ikinci seçim mərhələ;
  •  Müsahibə üzrə üçüncü seçim mərhələ;
  •  Müvafiq testlər vasitəsilə qiymətləndirmə üzrə dördüncü seçim mərhələ;
  •  Tapşırıq üzrə beşinci seçim mərhələ. 
 
Yekun qiymtləndirmə: təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlər “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı”” əldə etmiş və hal-hazırda ilk peşə-ixtisas təhsil müəssisə direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq, hal-hazirda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yərlər təyin olunmaq üçün ehtiyat kimi qeydə alınacaqlar.
 
 
Allianz Consult MMC
AZ1001, Bakı şəhəri, Nizami küç., 1/3, Sapphire Plaza, 6-cı mərtəbə
Əlaqə telefonları: (99 412) 404 99 15; Faks: (99 412) 404 99 16