21.09.2015 12:11

Qırğızıstan-Türkiyə Manas Universiteti tərəfindən 2014-2015-ci tədris ili üzrə Azərbaycan vətəndaşlarının qəbulu üçün 10 yer ayrılıb.

Abituriyentlər 2014-cü ilin avqust ayının sonuna qədər qeyd edilən universitetin Türkdilli və Avrasiya ölkələri vətəndaşlarının qəbulu üzrə komissiyasında müsahibədən keçməlidirlər. Namizədlər orta və ya ali təhsil müəssisəsinin bitirilməsini təsdiq edən attestatın və ya diplomun əslini, ümumvətəndaş pasportunu və sağlamlıq haqqında arayışı komissiyaya təqdim etməlidirlər. Orta məktəbi və ya liseyi yüksək qiymətlərlə bitirən abituriyentlərə üstünlük veriləcəkdir.
Qırğızıstan-Türkiyə Manas Universiteti tərəfindən kvota çərçivəsində təklif olunan ixtisaslar barədə və digər məlumatları bu universitetin www.manas.edu.kg saytından və ya +996(312)541942-47 nömrəli telefonlarla əldə etmək olar.
Universitetin elektron poçt ünvanı: manas@manas.edu.kg