21.09.2015 12:11

Avropa Şurasının Pestalotsi Proqramı çərçivəsində 12-16 yanvar 2010-cu il tarixlərində Latviyada “Vətəndaş təhsili: bilikdən fəaliyyətə doğru” mövzusunda təlim proqramı keçiriləcəkdir.

Proqramda vətəndaş təhsili sahəsində çalışan mütəxəssislər: müəllimlər, gənclər təşkilatının liderləri, vətəndaş təhsili sahəsində fəaliyyət göstərən QHT nümayəndələri və gənclərlə iş sahəsində təcrübəli şəxslər iştirak edə bilərlər.

Namizəd:
• uşaq və gənclərlə sosial iş sahəsində təcrübəyə malik olmalı;
• təlim proqramında iştirak etdikləri müddətdə öz ölkələrindəki təcrübəyə dair qısa təqdimat hazırlamalı;
• qazandığı təcrübəni öz ölkəsində, eləcə də digər iştirakçılarla bölüşməlidir. İştirakçıların beynəlxalq nəqliyyat, eləcə də təlim proqramı müddətində yemək və yaşayış xərcləri təşkilatçılar tərəfindən ödəniləcəkdir.

Seminarın işçi dili ingilis dilidir. Adı çəkilən seminarda iştirak etmək arzusunda olan namizədlər müvafiq qaydada doldurulmuş ərizə formasını cari ilin 30 noyabr tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova: 496-34-14) təqdim etməlidirlər.

Qeyd: natamam şəkildə doldurulmuş ərizə formaları qəbul edilməyəcəkdir.
Proqram barədə ətraflı məlumatları və ərizə formasını http://www.coe.int\pestalozzi internet səhifəsindən əldə edə bilərsiniz.