21.09.2015 12:11

YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsi tərəfindən 2010-2013-cü illərdə dörd illik vəzifələr üzrə vakant yerlər elan edilir.

Namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır:
·        namizəd təbiət elmləri, eləcə də sosial və humanitar elmlər, o cümlədən hüquq, insan hüquqları, fəlsəfə, təhsil və kommunikasiya sahələrindən biri üzrə mütəxəssis olmalı;
·        bir neçə xarici dildə sərbəst danışıq, oxu və yazı bacarıqlarına malik olmalı;
·        seçildiyi təqdirdə, Beynəlxalq Bioetika Komitəsi çərçivəsində ona aid müvafiq vəzifələri yerinə yetirmək bacarıqlarına malik olmalıdır.
YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsi haqqında ətraflı məlumatları www.unesco.org internet səhifəsindən əldə etmək mümkündür.
Vakant vəzifələri tutmaq arzusunda olan namizədlər ingilis dilində doldurulmuş CV formasını (namizədin vakant vəzifə üçün namizədliyinin irəli sürülməsi haqqında iş yerindən verilmiş müvafiq rəsmi məktubla birlikdə) 10 dekabr 2009-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova-tel: 496 33 11; dax: 251 və ya 248) təqdim etməlidirlər.