21.09.2015 12:11

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan şəxslər, dövlət institutlarında çalışan tədqiqatçılar və özəl sektorun nümayəndələri üçün Koreya Universitetində Beynəlxalq İnkişaf üzrə 13 aylıq (2010-cu ilin fevralından – 2011-ci ilin fevralına qədər) magistr proqramı elan edir.

Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır.
 
 Proqramda iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır:

·        namizəd ali təhsilli olmalı;
·        ingilis dilini yüksək səviyyədə bilməli;
·        tibbi cəhətdən sağlam olmalı;
·        namizəd əvvəllər KOICA tərəfindən həyata keçirilmiş proqramlarda iştirak etməməlidir.
 
Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir:
 
Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
 
  • KOİCA və KUGSİS ərizə formaları;
  • əsaslandırma (motivasiya) məktubu;
  • 3 x 4 ölçüdə iki ədəd fotoşəkil;
  • diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • xarici pasportun surəti;
  • iki ədəd tövsiyə məktubu;
  • TOEFL, TOEIC və ya IELTS sertifikatı;
  • iş haqqında arayış (əgər varsa).
 
KUGSIS ərizə formasını, həmçinin http://gsis.korea.ac.kr/students/admissions.html internet səhifəsindən də əldə edə bilərsiniz. Məlumatları və ərizə formalarını, həmçinin aşağıdakı linklərdən yükləyə bilərsiniz:
 
 
QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.
 
 
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 13 noyabr 2009-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər (Könül Məhərrəmova - tel: 496 33 11; dax: 251).