21.09.2015 12:11

Müəllimlər üçün fəaliyyətə əsaslanan əmək haqqı və mükafatlandırma sisteminin yaradilması

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
(MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə
Kredit Nö.: 4394AZ
 
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
 
Xidmətin məqsədi müxtəlif beynəlxalq perspektivləri nəzərə almaqla müəllimlər üçün fəaliyyətə əsaslanan əmək haqqı və mükafatlandırma sisteminin tərtib edilməsindən ibarətdir.    
 
Xidmətin icra müddəti: 12 ay
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan xidmətin həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:
• müraciət məktubu;
• yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
• müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
• nizamnamə.
 
Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:
 
• Məsləhətçi təşkilat təhsil tədqiqatları sahəsində təcrübəyə malik olmalıdır;
• Məsləhətçi təşkilat insan resurslarının idarəedilməsi, xüsusən də əmək haqqı sistemini əhatə edən layihələrdə təcrübəyə malik olmalıdır;
• Məsləhətçi təşkilat Azərbaycanda və ya digər iqtisadi cəhətdən oxşar ölkələrdə təhsil sahəsində məsləhətçi xidmətlərinin göstərilməsi üçün lazım olan ixtisaslı heyətə və digər resurslara malik olmalıdır;
• Məsləhətçi təşkilatın xüsusilə təhsil sahəsində beynəlxalq donorlar və yerli hökumət tərəfindən maliyyələşən layihələrdə iş təcrübəsi olmalıdır.
 
Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.
 
Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.
 
Maraqların İfadəsi yazılı şəkildə 29 yanvar 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:
 
Layihənin Əlaqələndirmə Qrupu,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Yeganə Manafova
Əlaqə telefonları: (+994 12 ) 496 37 59/60; faks: (+994 12 ) 496 93 68.
 
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.