21.09.2015 12:11

Milli qiymətləndirmə tədqiqatları və digər qiymətləndirmə layihələri çərçivəsində qiymətləndirmə vasitələrinin hazırlanması üzrə məsləhətçilərin seçimi.

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ
KREDİT Nö 4394AZ
 
 
MİLLİ QİYMƏTLƏNDİRMƏ TƏDQİQATLARI VƏ DİGƏR QİYMƏTLƏNDİRMƏ LAYİHƏLƏRİ ÇƏRÇİVƏSİNDƏ QİYMƏTLƏNDİRMƏ VASİTƏLƏRİNİN HAZIRLANMASI İLƏ BAĞLI MƏSLƏHƏTÇİLƏRİN SEÇİLMƏSİNƏ DAİR
MÜSABİQƏ
 
Azərbaycan HökumətiTəhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin icra olunması ilə əlaqədar Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
 
Tapşırığın məqsədi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən qiymətləndirmə tədqiqatlarına dəstək olmaq, fənn kurikulumları üzrə qiymətləndirmə vasitələrini hazırlamaq, qiymətləndirmə standartlarını təkmilləşdirmək üçün tövsiyələr vermək, müəllimlərin standartlardan praktik istifadəsini asanlaşdırmaq məqsədilə onları müvafiq təlimatlar və qiymətləndirmə vasitələri ilə təmin etməkdir.
 
Təhsil Nazirliyi Milli qiymətləndirmə tədqiqatları və digər qiymətləndirmə layihələrində istifadə olunacaq qiymətləndirmə vasitələrini hazırlamaq məqsədilə aşağıdakı fənn mütəxəssislərinin seçimi üçün müsabiqə elan edir:
 
1. İbtidai təhsil səviyyəsi üzrə Azərbaycan dili
2. İbtidai təhsil səviyyəsi üzrə Riyaziyyat
3. İbtidai təhsil səviyyəsi üzrə Həyat bilgisi
4. Ümumi orta təhsil səviyyəsi üzrə Azərbaycan dili
5. Ümumi orta təhsil səviyyəsi üzrə Riyaziyyat
6. Ümumi orta təhsil səviyyəsi üzrə Həyat bilgisi
 
Namizədlər üçün ixtisas tələbləri:
  • Pedaqoji bakalavr dərəcəsi;
  • Müraciət etdiyi təhsil səviyyəsi və fənn üzrə kurikulumuntətbiqi sahəsində 2 il iş təcrübəsi;
  • Qiymətləndirmə vasitələrinin hazırlanması sahəsində 2 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilməsi;
  • İKT-dən istifadə bacarığı. 

     

İcra müddəti: yanvar 2014 – mart 2016-cı illəri əhatə edən dövrdə 150 iş günü
 
Müsabiqə Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Fərdi Məsləhətçilərin Seçimi metodu əsasında keçiriləcəkdir.  
 
Namizədlər müvafiq tələblərə cavab verdiklərini əks etdirən tərcümeyi-halın (CV) və doldurulmuş “Müraciət forması”nın (əlavə olunur) elektron və/və ya çap variantını müraciət etdikləri fənni göstərməklə 19 dekabr 2013-cü il tarixinədəkaşağıdakı ünvana təqdim etməlidirlər:
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Layihənin Əlaqələndirmə Qrupu,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.