21.09.2015 12:11

Ümumvətəndaş pasportu almaq istəyən yetkinlik yaşına çatmamış Azərbaycan vətəndaşlarının diqqətinə!

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, 2013-cü il 2 sentyabr tarixindən etibarən Təhsil Nazirliyi ümumvətəndaş pasportu alınması üçün vəsatət məktublarının verilməsini dayandırmışdır. Ümumvətəndaş pasportu almaq istəyən yetkinlik yaşına çatmamış hər bir vətəndaş bilavasitə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etməlidir.