21.09.2015 12:11

Rusiya Federasiyasının Diplomatik Akademiyası 2013-2014-cü tədris ili üçün dinləyici və tələbə qəbulu elan edir. Akademiyada bu ixtisaslar üzrə hazırlıq keçirilir:

  • Beynəlxalq münasibətlər” və “Dünya iqtisadiyyatı” fakültələrində ikinci ali təhsil formatında bakalavr hazırlığı;
  • “Beynəlxalq münasibətlər”, “İqtisadiyyat”, “İdarəetmə”, “Hüquqşünaslıq” istiqamətləri üzrə magistr hazırlığı;
  • Aşağıdakı ixtisaslar üzrə aspirantların hazırlığı:
     
- “Beynəlxalq münasibətlərin tarixi”;
- “Beynəlxalq iqtisadiyyat və beynəlxalq iqtisadi münasibətlər”;
- “Beynəlxalq hüquq. Avropa ictimai hüququ”;
- “Beynəlxalq münasibətlərin, qlobal və regional inkişafın siyasi problemləri”.
Təhsil pulsuzdur. Əyani bölmənin tələbələri vaxtında müraciət etdiyi və boş yerlərin olduğu təqdirdə yataqxana ilə təmin olunurlar.
Əlavə məlumat Akademiyanın internet saytından əldə oluna bilər: www.dipacademy.ru