21.09.2015 12:11

Slovakiya Respublikası təhsil sahəsində ölkələrarası tələbə mübadiləsinə dair Milli təqaüd proqramının yeni qəbulunu elan etmişdir.

Təqaüdün əldə edilmə şərtləri, fənlərin siyahısı, namizədliyin təqdim olunması və s. məlumatları www.minedu.sk, www.vladstipendia.sk, www.cdvuk.sk, www.portalvs.sk, www.study.sk internet səhifələrindən, podpora@studyabroad.sk elektron poçt ünvanından və 00421-907-551-404 telefon nömrəsindən əldə etmək mümkündür.
Təqaüdün verilməsi üçün əsas şərt namizədin slovak dilini yüksək səviyyədə bilməsidir. Təqaüd proqramında iştirak edəcək namizədlər sənədlərini elektron formada 25 mart – 30 may 2013-cü il tarixlərində göndərməlidirlər.