21.09.2015 12:11

Azərbaycan Respublikası və Estoniyanın Təhsil Nazirlikləri arasında mövcud sazişə uyğun olaraq Estoniya Hökuməti Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edir.

Təqaüd proqramı ixtisasından asılı olmayaraq bütün Azərbaycan ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün açıqdır. Yol xərcləri tələbələr tərəfindən, təhsil haqqı və Estoniyada yaşama xərcləri isə dəvət edən tərəfdən ödənilir.
Proqramda iştirak şərtlərinə cavab verən və seçdikləri universitetdən dəvət məktubu almış namizədlər 15 aprel 2013-cü il tarixindən gec olmayaraq Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Ilham Hümbətov, tel: 496 34 14) müraciət etməlidirlər.
Təqaüd proqramı barədə əlavə məlumat üçün bu internet ünvanına müraciət edin: http://www.studyinestonia.ee/study/scholarships/bilateral-agreements/azerbaijan.