21.09.2015 12:11

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası Təhsil Nazirlikləri arasında imzalanmış sazişə uyğun olaraq Çin Xalq Respublikası Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edir.

Təqaüd proqramına qəbul bakalavr, magistratura və doktorantura səviyyələrində Respublikamızda daha çox ehtiyac duyulan ixtisaslara uyğun olaraq aşağıdakı universitetlər üzrə həyata keçirilir:
 
Universitetlər
1.Peking University (www.oir.pku.edu.cn)
2. Beijing University of Technology (www.bjut.edu.cn)
3. Beihang University (ev.buaa.edu.cn)
4 .Beijing University of Chemical Science (www.buct.edu.cn)
5 .Beijing Jiaotong University (ev.buaa.edu.cn)
6. University of Science and Technology Beijing (www.ustb.edu.cn)
7. Beijing Institute of Technology (www.bit.edu.cn)
8. North China Electric Power University (www.ncepu.edu.cn)
9. Tsinghua University (www.tsinghua.edu.cn)
10. Capital Normal University (http://www.cnu.edu.cn/)
11. Capital Medical University (www.ccmu.edu.cn)
12. China University of Geosciences (www.cugb.edu.cn)
13. Graduate University of Chinese Academy of Sciences (www.gucas.ac.cn)
14. China Agriculture University (www.cau.edu.cn)
15. Graduate School of Chinese Academy of Agricultural Sciences (www.gscaas.net.cn)
16. China University of Petroleum (www.cup.edu.cn)
17. Donghua University (www.dhu.edu.cn)
18. Fudan University (http://iso.fudan.edu.cn)
19. East China University of Science and Technology (http://ies.ecust.edu.cn)
20. East China Normal University (http://english.ecnu.edu.cn)
21. Shanghai University (www.shu.edu.cn)
22. Shanghai Jiaotong University (http://en.sjtu.edu.cn)
23. University of Shanghai for Science and Technology (www.usst.edu.cn)
24. Shanghai Normal University (www.shnu.edu.cn)
25. Shanghai University of Traditional Chienese Medicine (www.shtcm.com)
26. Tongji University (www.istju.edu.cn)
Təhsil çin dilindədir. Təqaüdə layiq görülmüş tələbələr 1 il çin dilindən hazırlıq kursu keçməlidir. Təqaüd aşağıdakı xərcləri əhatə edir:
- Ali məktəbdə qeydiyyat xərci
- Təhsil haqqı
- Laboratoriya xərci
- Təcrübə (internship) xərci
- Tədris materialları
- Yataqxana xərci
- Aylıq yaşayış xərci
- Aviabilet (ümumi tədris müddəti dövründə yalnız bir dəfə - təhsil yerinə gediş və vətənə dönüş)
Aylıq yaşayış xərci təhsil səviyyələrinə uyğun olaraq aşağıdakı kimi hesablanmışdır:
Bakalavr tələbələri üçün: 1400 YUAN
Magistratura tələbələri üçün: 1700 YUAN
Doktorantura tələbələri üçün: 2000 YUAN
 
Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları 12 aprel 2013-cü il tarixinə kimi aşağıdakı sənədləri Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilməlidir:
 
Bakalavr səviyyəsi üzrə:
1. Anket forması (çap edilərək imzalanmış nüsxə);
2. Ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında notariat qaydada təsdiq edilmiş sənədin surəti;
3. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) test imtahanlarının nəticəsini təsdiq edən sənəd;
4. Hazırda təhsil aldığınız ali məktəb tərəfindən verilmiş arayış və transkript (fənlər üzrə akademik göstəricilər);
5. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);
6. CV;
7. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil; 
8. Şəxsiyyət vəsiqəsinin surəti;
9. Ümumvətəndaş pasportunun surəti.
 
Magistratura və doktorantura səviyyələri üzrə:
1. Anket forması (çap edilərək imzalanmış nüsxə);
2. Ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında notariat qaydada təsdiq edilmiş sənədin surəti;
3. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) test imtahanlarının nəticəsini təsdiq edən sənəd;
4. Ali təhsil haqqında sənəd (bakalavr səviyyəsindən məzun olar üçün) və diploma əlavənin notariat qaydada təsdiq edilmiş surəti;
5. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);
6. CV;
7. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil; 
8. Şəxsiyyət vəsiqəsinin surəti;
9. Ümumvətəndaş pasportunun surəti.
 
Qeyd. Bakalavrdan sonrakı təhsil səviyyəsi üçün müraciət edən, həqiqi hərbi xidmətə çağırışçı olan namizəd müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ aldığını təsdiq edən sənədi və ya hərbi xidmət keçdiyi halda, hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidir.
 
 
Sənədlərin təqdim edilməsi üçün son tarix: 12 aprel 2013-cü il, saat 18:00
 
Əlavə məlumat üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Sirus Rüstəmovla əlaqə saxlaya bilərsiniz.
Əlaqə vasitələri:
Tel: (012) 496-91-13 (şəhər nömrəsi)
Daxili nömrə: 179